Biləsuvarda 5 kq narkotik vasitə AŞKARLANDI

09:45 - 28 Fevral 2026

Biləsuvarda 5 kq narkotik vasitə AŞKARLANDI

Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.


Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə

Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 5 kiloqram 650 qram  marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az