Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.
Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?
Manset.az Pravda.az-a istinadən dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəni təqdim edir:
Layihədə Bakı şəhər Baş Polis İdarəsinin sabiq mətbuat katibi Qalib Rəhimovdan bəhs edəcəyik.
Rəhimov Qalib Arif oğlu (Qalib Arif) Qax rayonunda dünyaya gəlib. O, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. Daha sonra 10 il Elmlər Akademiyasında işləyib. Qalib Arif 1990-cı ildən mətbuat sahəsində işləyir.
O, “Aydınlıq” və “Xalq qəzeti” qəzetlərində siyasi icmalçı olub. 2008-ci ildən 2018-ci ilə qədər Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin baş redaktoru və mətbuat xidmətinin rəisi vəzifəsini daşıyıb.
Mətbuat katibliyi dövründən danışan Qalib Arif bildirir ki, 10 il Bakı Polisinin mətbuat xidmətinə rəhbərlik edib:
“Həmin dövrdə jurnalist kimi sistemi içəridən müşahidə etmişəm. Hazırda müstəqil jurnalistəm, düşünürəm ki, on il ərzində polisdə eşitdiklərimi, oxuduqlarımı, gördüklərimi sərbəst şəkildə oxucuların ixtiyarına verə bilərəm. Paytaxt polisində hələ ləzzətlə “Milis hekayələri” yazırdım, həvəslə “Polis” qəzeti buraxırdım. Şənbə-bazarsız səhər tezdən işə gedib axşam gecdən qayıdırdım. Yalan olmasın, gündə 10 saat kompüterin qabağında otururdum, xəbər məkanında olurdum”.
Sabiq mətbuat katibi qeyd edir ki, “Polis” qəzetinin son səhifəsi üçün “Dünya polisi” rubrikasını hazırlayarkən müxtəlif ölkə polislərinin xidməti fəaliyyətini araşdırıb:
“Araşdırma zamanı məni narahat edən bəzi suallara cavablar tapdım. Məlum oldu ki, məsələn, ABŞ polisi doğrudan da rüşvət almır. Amma bu, polisin şəxsi keyfiyyətlərindən, ailə tərbiyəsindən, ya da qanuna hədsiz hörmətindən irəli gəlmir, sadəcə olaraq, sistem belədir. Deməli, ABŞ-da polis nəfərinin (yəni post-patrul xidmətinin) orta aylıq maaşı 7-8 min dollar(13600 manat) arasında (bəzi ştatlarda fərqlidir) dəyişir. Razılaşaq ki, orta aylıq maaşı 4-5 min dollar olan ölkədə bu, xeyli böyük məbləğdir. Polis nəfəri bizdə olduğu kimi 25 il xidmət edir və təqaüdə çıxdıqdan sonra bu maaşı ömrünün axırına kimi pensiya şəklində alır. Vəfat etdikdən sonra bu pensiyanı həyat yoldaşı, ya da varsa, azyaşlı uşaqları alır. Bəli, yayda bizim Azərbaycana da gələn, şortik geyinən qoca turistlərin böyük əksəriyyəti Amerika, Avropa polisində ləyaqətlə xidmət etmiş və pensiyaya çıxmış həmin əməkdaşlardır”.
Onun sözlərinə görə, həmin polislər bir dəfə səhv edərlərsə, hər şeylərini itirirlər:
“Amma burda bir məqam var, polis nəfəri 25 illik xidməti dövründə əgər bircə dəfə bağışlanmaz səhv edərsə (andına xəyanət edərsə, cinayətə və cinayətkara xidmət göstərərsə, korrupsiyaya yol verərsə və s.), işdən qovulur və ömürlük pensiyadan birdəfəlik məhrum olur. Ona görə də kimin savadlı, kimin savadsız olduğunu kənd müəllimindən daha yaxşı bilirəm. Əlimi ürəyimin üstünə qoyub deyə bilərəm ki, paytaxt polisində onlarla elə işıqlı, ensiklopedik savadlı adamlar var ki, nəinki elmlər namizədi, elmlər doktoru, birbaşa akademik olmağa layiqdirlər. Təbii ki, polisdə savadsızlar da var, amma belələri, Elmlər Akademiyasında, bizim mətbuatda, təhsil sistemində də yetərincədir”.
Qalib Rəhimov 2500-dən çox ictimai-siyasi məqalənin, yüzlərlə hekayənin, 3 kitabın müəllifidir. Azərbaycan, rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var. Hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir.
10 il AMEA-da, 10 il polisdə 13600 manat maaş
17:19 - 09 Yanvar 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
19 Fevral 2026 - 15:16
"Gecədən səhərə qədər üstümə təcili yardım gəlib" - Kənan MM
19 Fevral 2026 - 18:49
Nazir Bəxtiyar Məmmədovla bağlı əmr imzaladı
19 Fevral 2026 - 11:40
Pensiyalar yeni artımla bu tarixdə ÖDƏNİLƏCƏK
19 Fevral 2026 - 14:21
Məşhur aktrisanı görənlər tanımadı - FOTO
19 Fevral 2026 - 22:58
Sabah bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
19 Fevral 2026 - 15:33
Nazirlikdən üzərlikdən istifadə edənlərə XƏBƏRDARLIQ
19 Fevral 2026 - 22:41
“Azərbaycan 7 milyardlıq təşəbbüsdə iştirak etməyi planlaşdırmır” - Hikmət Hacıyev
19 Fevral 2026 - 18:41
Hazırda 21 yolda tıxac var - SİYAHI
19 Fevral 2026 - 12:11
Kənan MM ilə yazıçı arasında QALMAQAL - İş məhkəməyə gedir
19 Fevral 2026 - 20:32
İkinci günün duası - İmsak və iftar vaxtı
19 Fevral 2026 - 14:30
"Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur"
19 Fevral 2026 - 20:12
"Azərbaycan və Ermənistan liderlərinin əl sıxması dərin simvolik məna daşıyır"
Xəbər xətti
- 20 Fevral 2026
- 11:05 Su sayğacı ilə bağlı ən çox verilən suallar - RƏSMİ CAVABLAR
- 10:54 "Şamaxinka"da ilk dəfə işıqforlar işə salındı - FOTO
- 10:46 Onlayn alış-verişdə gecikmələr - Məhsullar ölkəyə çatır, amma alıcılara yox
- 10:40 Cinayətdə şübhəli bilinən 67 nəfər saxlanıldı
- 10:21 Sabah Bakıda bu yol BAĞLANACAQ
- 10:14 Paytaxtda 26 dərəcə isti olub - Faktiki HAVA
- 10:07 Bakının 2 rayonunda qaz olmayacaq
- 09:55 Nizami rayonunda növbəti məhəllə abadlaşdırılaraq istifadəyə verildi - FOTOLAR
- 09:39 Tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanıldı - VİDEO
- 09:24 Dünyanın sülh xəritəsi yenidən cızılır
- 09:08 Milli Məclis toplaşır - Gündəlikdə 10 məsələ var
- 09:00 Paytaxtın hansı küçələrində sıxlıq var?
- 08:30 Şəkər əvəzinə bal yesək, nə baş verər?
- 08:00 Ağ turpun bilmədiyimiz faydaları
- 07:30 Dərmanı çay və qəhvə ilə niyə təhlükəlidir?
- 01:30 "Kluba baş məşqçilik etmək yanlış qərar idi"
- 00:30 Gecələr rahat yatmaq üçün effektiv 5 metod
- 00:21 Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR - YENİLƏNİB
- 19 Fevral 2026
- 23:54 “Fənərbaxça” 0:3 hesabla məğlub oldu
- 23:42 Prezidentdən Sülh Şurasının ilk iclası ilə bağlı PAYLAŞIM
- 23:38 Üzərliklə bağlı daha bir XƏBƏRDARLIQ
- 23:31 Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar - VİDEO
- 23:17 BMT ABŞ və İranı dialoqu davam etdirməyə çağırdı
- 22:58 Sabah bəzi ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 22:41 “Azərbaycan 7 milyardlıq təşəbbüsdə iştirak etməyi planlaşdırmır” - Hikmət Hacıyev
- 22:33 Xalq şairi evində ziyarət olunub - FOTOLAR
- 21:59 38 yaşlı kişi bıçaqlandı
- 21:43 Qəzzaya 7 milyard ayrıldı
- 21:24 Yevlaxda güclü YANĞIN
- 21:04 Tramp Sülh Şurasının yekun qətnaməsini imzalayıb
- 20:53 Rejissor Kənan MM və yazıçı Orxan Saffari barışdı
- 20:41 “Düşünürəm ki, onlar dostlaşıblar” - Tramp İlham Əliyev və Paşinyan haqda
- 20:32 İkinci günün duası - İmsak və iftar vaxtı
- 20:12 "Azərbaycan və Ermənistan liderlərinin əl sıxması dərin simvolik məna daşıyır"
- 19:53 “Əvvəllər çətinlik çəkirdim, indi bu adı deməyi sevirəm” - VİDEO
- 19:38 Balta ilə qonşusunun pəncərəsini qırıb oğurluq etdi: Saxlanıldı - VİDEO
- 19:23 “Bir çox insanla dostlaşmışam” - Tramp
- 19:12 Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana gətirildi
- 19:03 İlham Əliyevin Trampla səmimi söhbəti - VİDEO
- 18:49 Nazir Bəxtiyar Məmmədovla bağlı əmr imzaladı
- 18:41 Hazırda 21 yolda tıxac var - SİYAHI
- 18:32 Vaşinqtonda bir araya gəldilər - FOTO/VİDEO
- 18:27 Bəxtiyar Aslanbəyli III Çarlz tərəfindən mükafata layiq görüldü
- 18:15 Bu ölkədə zəlzələ baş verdi
- 18:04 Sabiq nazirin şirkəti deputat avtomobillərinə qulluq göstərəcək - Milyonluq müqavilə
- 17:50 Xəzər dənizində zəlzələ oldu
- 17:47 “Veysəloğlu”nun sponsorluğu ilə çəkilən film təqdim olundu - FOTOLAR
- 17:43 Kanlaon vulkanında güclü partlayış - VİDEO
- 17:41 Bəhlul Mustafazadə 3 ay oynamayacaq
- 17:38 Mikroavtobus dərəyə aşdı - Yaralılar var
- 17:36 Abşeronda hesabat yığıncağı keçirildi - FOTOLAR