Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu təyin olunub.
Bu barədə Manset.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, E.Rəhimov 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, 2003-2007-ci illərdə təhsilini İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində davam etdirib. 2008-2012-ci illərdə eyni universitetin Uşaq sağlamlığı və xəstəlikləri ixtisası üzrə uzmanlıq təhsilini tamamlayıb.
2012-2014-cü illərdə “İstanbul Memorial Hizmet” Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri olaraq fəaliyyət göstərib. 2019-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının assistentidir.
2014-cü ildən hazırkı təyinatınadək “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiridir.