“Qarabağın izi – sənətdə yaşayan dəyərlər” - Xankəndidə sərgi

18:44 - 14 May 2026

“Qarabağın izi – sənətdə yaşayan dəyərlər” - Xankəndidə sərgi

Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat və sərgi təşkil olunub.


Manset.az Azərtac-a istinadən xəbər verir ki, Xankəndi, şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir Qarabağ Universiteti və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Layihə çərçivəsində Qarabağın görkəmli şəxsiyyətlərinin mismar və sap texnikası ilə hazırlanmış portretləri nümayiş etdirilib. Sərgidə təqdim olunan əsərlərin müəllifi tətbiqi sənət ustası Minarə Mehdidir.

Açılış mərasimində çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Qarabağın mədəni irsinin qorunması və təbliğinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, sənət milli yaddaşın yaşadılmasında mühüm rol oynayır və Qarabağın dahi şəxsiyyətlərinin irsinin gələcək nəsillərə çatdırılması hər kəsin mənəvi borcudur.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov isə sərginin əhəmiyyətini yüksək qiymətləndirib, belə layihələrin regionun mədəni həyatının canlanmasına və mədəni irsin təbliğinə töhfə verdiyini bildirib.

Qarabağ Universitetinin İncəsənət fakültəsinin proqram rəhbəri Gülşən Qasımzadə və dekan Türkər Qasımzadə də çıxış edərək, layihənin tələbələrin estetik dünyagörüşünün formalaşmasında və incəsənət sahəsində bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Tədbirin bədii hissəsində İncəsənət fakültəsinin tələbələri tərəfindən musiqi nömrələri təqdim olunub.

Sonda sərgiyə baxış keçirilib, xatirə fotoları çəkilib. Bildirilib ki, “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” layihəsi bölgənin zəngin mədəni irsinin sənət vasitəsilə yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində əhəmiyyətli təşəbbüslərdən biridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az