Dəmiryol Muzeyinə giriş sərbəst olacaq

13:13 - 16 May 2026

Dəmiryol Muzeyinə giriş sərbəst olacaq

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı" günü keçiriləcək.


Bu barədə Manset.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, səhmdar cəmiyyəti ziyarətçiləri Azərbaycanın dəmir yollarının tarixi ilə tanış olmağa, keçmişlə bu gün arasında qurulan yolu birlikdə kəşf etməyə dəvət edir. Giriş sərbəstdir.

Qeyd edək ki, bu il "Muzeylər bölünmüş dünyanı birləşdirir" mövzusu ilə qeyd olunan Beynəlxalq Muzeylər Günü mədəniyyətin insanları bir araya gətirən gücünü ön plana çıxarır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az