logo
logo logo
logo

“Azneft” İstehsalat Birliyi CƏRİMƏLƏNDİ

11:42 - 07 İyul 2026

“Azneft” İstehsalat Birliyi CƏRİMƏLƏNDİ

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi barəsində inzibati protokol tərtib olunub.


Manset.az Yurd.Media-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən “Azneft” İB barəsində araşdırma aparılıb. 

Məlum olub ki, İstehsalat Birliyinin ünvanına göndərilən xam neft adlı yük Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilib, lakin saxlanc müddətinin bitməsinə baxmayaraq şirkət tərəfindən rəsmiləşdirilməmiş və ya digər gömrük proseduru altında yerləşdirilməyib. 

Buna görə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə protokol yazılıb. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə “Azneft” İstehsalat Birliyi barəsində 300 manat məbləğində inzibati cərimə təyin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az