logo
logo logo
logo

"Təhlükəli vəziyyət yaranıb" - Sakinlər qorxu içində - VİDEO

23:17 - 11 İyul 2026

\"Təhlükəli vəziyyət yaranıb\" - Sakinlər qorxu içində - VİDEO

Quba rayonunda müşahidə olunan leysan yağışları və sel suları bir sıra fəsadlara səbəb olub. Birinci Nügədi kəndinin Almaz Qazmalar yaşayış massivi ilə şəhər mərkəzini birləşdirən əsas yolun bir hissəsi çöküb. Nəticədə, burada təhlükəli vəziyyət yaranıb.


Manset.az Baku TV-yə istinadən xəbər verir ki, danışan vətəndaşlar aidiyyəti qurumlardan kömək istəyirlər.

"Burada yol nişanı yoxdur, təhlükəli vəziyyət yaranıb. Buraya düşən adam sağ çıxa bilər?!", - sakinlərdən biri söyləyib.

Digər bir kənd sakini isə qeyd edib: "Yol bərbad vəziyyətdədir. Təcili yardım maşınları gələndə xəstələri xərəkdə daşımaq məcburiyyətində qalırıq. Uşaqları digər tərəfə qucağımızda keçiririk".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az