logo
logo logo
logo

Çimərlikdə oğurluq edən şəxs saxlanıldı

17:59 - 31 İyul 2026

Çimərlikdə oğurluq edən şəxs saxlanıldı

Səbail rayonu ərazisində yerləşən çimərliklərin birində oğurluq hadisəsi baş verib.


Manset.az xəbər verir ki, zərərçəkənlər polisə müraciət edərək içərisində 710 manat dəyərində mobil telefon və digər şəxsi ləvəzimatların olduğu çantalarının naməlum şəraitdə oğurlandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı E.Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənlərin çantalarını nəzarətsiz qoymasından sui-istifadə edərək əməli törətdiyi məlum olub.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az