Dövlət Reklam Agentliyinin "İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) İcraçı direktoru Namik Xıdırovun xanım müşaviri işdən ayrılıb.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə "İNNOVA”nın İcraçı direktorunun müşaviri İnna Saleh qızı Abbasova vəzifəsindən azad edilib.
Dövlət Reklam Agentliyinin mətbuat xidmətindən bildirib ki, bir müddət əvvəl "İNNOVA”da müşavir ştatı ləğv edildiyi üçün İnna Abbasova işdən azad olunub.