logo
logo logo
logo

Gəncədə güclü yağış fəsadlar törətdi - Evlərə su doldu - VİDEO

20:16 - 10 Avqust 2026

Gəncədə güclü yağış fəsadlar törətdi - Evlərə su doldu - VİDEO

Gəncədə dünən gecə başlayan yağışlı hava şəraiti bir sıra problemlərə səbəb olub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nəriman Nərimanov 136 saylı prospektdə bəzi evlər su ilə dolub.

İlkin məlumata görə, yağış suları üç evdə ciddi problemlər yaradıb.

Belə ki, dam örtüyü yararsız olduğundan su evlərə axıb.

Sakinlər mövcud vəziyyətə görə çıxılmaz vəziyyətdə qaldıqlarını bildiriblər.

Gəncə Şəhər Sukanal İdarəsinin əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Subasmış ərazilərdə yaranan fəsadlar aradan qaldırılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az