Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncəsər və Xudavəng monastırlarından video paylaşıb.
Manset.az Report-a istinadən xəbər verir ki, "X" sosial media hesabında paylaşılan videoda o qeyd edib ki, Gəncəsər monastırı XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən Cəlal tərəfindən inşa etdirilib və Qafqaz Albaniyasının əsrlər boyu formalaşmış xristian irsinin mühüm nümunələrindən biridir.
"İşğal illərində bu tarixi abidələr "bərpa" adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb, nəticədə onların memarlıq autentikliyi və ilkin xarakteri zədələnib. Azərbaycan ərazisində yerləşən hər bir tarixi, mədəni və dini abidə, mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir".
H.Hacıyev Azərbaycanın multikultural və çoxkonfessiyalı irsinin qorunması sahəsində təcrübəsinin beynəlxalq səviyyədə tanındığını bildirərək qeyd edib ki, Azərbaycan bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşularımızla bölüşməyə hazırdır.
Prezidentin köməkçisi bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış narrativlər yayan media qurumlarını da tarixi abidələri yerində ziyarət etməyə və reallığı öz gözləri ilə görməyə dəvət edib.
Together with the diplomatic corps, we visited the Ganjasar and Khudavang churches — an integral part of the ancient Albanian Christian heritage. Ganjasar was established in the 13th century by Hasan-Jalal Dawla, the Caucasian Albanian ruler, and stands as an important testament to the centuries-old Christian heritage of Caucasian Albania. During the years of occupation, these monuments were subjected to external interventions under the guise of makeshift “restoration,” compromising their architectural authenticity and original character. Every historical, cultural and religious monument on the territory of Azerbaijan, irrespective of its origin or religious affiliation, forms an integral part of our country’s rich cultural heritage. The Azerbaijani state is committed to their protection, preservation and restoration. Azerbaijan’s experience in safeguarding its multicultural and multireligious heritage has earned international recognition. We stand ready to share this experience with other countries, including our neighbors. We also invite media outlets engaged in spreading fake news and misleading narratives on this issue to visit these sites and see the reality on the ground for themselves. Seeing is believing. #ChristianChurch #Christianity
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 12, 2026