logo
logo logo
logo

"Green Card" qaydaları sərtləşdirilir

10:56 - 15 Sentyabr 2026

\"Green Card\" qaydaları sərtləşdirilir

ABŞ-də Nyu-York başda olmaqla 22 ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb.


Manset.az xəbər verir ki, məhkəmə müraciətinə səbəb Daxili Təhlükəsizlik Departamentinin "Green Card", viza və ölkəyə giriş üçün imtina səlahiyyətlərini genişləndirən yeni tənzimləməsidir.

Cümə günü qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliyə əsasən, immiqrasiya zabitlərinə müraciət edən şəxsin gələcəkdə "dövlət yardımından asılı ola biləcəyi" ehtimalını əsas gətirərək müraciəti rədd etmək hüququ verilir.

Nyu-Yorkun Baş prokuroru Letisiya Ceyms Manhettendə keçirilən mətbuat konfransında qərarın fəsadlarını vurğulayıb:

"Bu qayda immiqrasiya zabitlərinə Medicaid, SNAP (ərzaq talonları) və hətta məktəb yemək proqramları kimi kritik yardımlardan tətbiq olunmasını nəzərə almaq imkanı verir. Nəticədə immiqrantlar çətin seçim qarşısında qalacaqlar: "Sağlamlıq sığortası almaq Green Card şansımı azaldacaq? Çətin günlərdə ərzaq yardımı almaq əleyhimə istifadə olunacaq?'"

Ştatlar iddia edir ki, immiqrant ailələrinin qorxu səbəbindən sosial proqramlardan imtina etməsi regional iqtisadiyyatlara və federal maliyyələşməyə milyardlarla dollar zərər vura bilər.

Sözügedən dəyişiklik ABŞ immiqrasiya qanunvericiliyindəki "public charge" (ictimai yük) normasına dayanır. Trampın ilk prezidentliyi dövründə (2019) tətbiq edilən bu qayda 2022-ci ildə Bayden administrasiyası tərəfindən ləğv edilmişdi. Yeni qərar faktiki olaraq həmin siyasətin bərpası deməkdir.

İddiaya qoşulan ştatlar: Nyu-York, Kaliforniya, İllinoys, Kolorado, Konnektikut, Delaver, Havay, Men, Merilend, Massaçusets, Miçiqan, Minnesota, Nyu-Cersi, Nyu-Meksiko, Nevada, Oreqon, Pensilvaniya, Rod-Aylend, Vermont, Virciniya, Vaşinqton, Viskonsin və Kolumbiya dairəsi./musavat


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az