logo
logo logo
logo

Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi

18:59 - 06 Oktyabr 2026

Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi

Xocalıda yeniyetmə qızını nişanlayan ata saxlanılıb.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, 50 yaşlı Ağasəf Rzayev (şərti adla) hüquq-mühafizə orqanlarına müraciətində 16 yaşlı qızının itkin düşdüyünü bildirib.

Sonra izahatı alınarkən o, qızını mart ayında 30 yaşlı bacısı oğlu ilə nişanladığını deyib.

Fakt əsasında onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Ağasəf Rzayevin sözlərinə görə, sonradan bilib ki, qohum olduqları üçün qızı ilə bacısı oğlunun evliliyi mümkün deyil. O, etdiyi əməldən peşman olduğunu və ikinci qrup əlil olmasını deyib. Buna görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə A. Rzayev 1000 manat məbləğində inzibati qaydada cərimələnib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az