Son günlər Azərbaycanda müzakirə olunan aktual mövzulardan biri də məktəbli geyimləri ilə bağlı qərardır. Bu qərarın şagirdlərə, valideynlərə və ümumilikdə məktəb mühitinə necə təsir edəcəyi cəmiyyətdə maraq doğurur.
Manset.az xəbər verir ki, mövzu ilə əlaqədar Sorğu TV Bakı sakinləri arasında sorğu keçirib və onların bu məsələyə münasibətini öyrənib.
Sorğu zamanı məktəbli geyimləri ilə bağlı maraqlı fikirlər səsləndirilib. Vətəndaşların böyük əksəriyyəti bu qərarı müsbət qiymətləndirərək onun sosial mühitə müsbət təsir göstərəcəyini vurğulayıb. Respondentlərin fikrincə, vahid məktəbli geyimi şagirdlər arasında sosial fərqlərin olmamasına, bərabərlik hissinin güclənməsinə və məktəbdə daha vahid mühitin formalaşmasına töhfə verə bilər.