logo
logo logo
logo

“Türkiyənin bütün türkləri İlham Əliyevin yanındadır” - Azərbaycanda döyüşmüş Türk zabitindən mesaj

12:28 - 14 Oktyabr 2026

“Türkiyənin bütün türkləri İlham Əliyevin yanındadır” - Azərbaycanda döyüşmüş Türk zabitindən mesaj

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfində döyüşmüş, Türkiyənin ülkücü hərəkatının tanınmış simalarından olan Hamit İltaş Azərbaycana və Prezident İlham Əliyevə dəstək verib. Hamit İltaş Türkiyə Silahlı Qüvvələrinin zabiti kimi 1992-93-cü illərdə Azərbaycanda könüllü kimi Ermənistana qarşı döyüşüb.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Hamit İltaşın dostu Rauf Arifoğluna özəl göndərdiyi açıqlamasında Türkiyədə Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyaya münasibət bildirilib. O, aksiyanın Azərbaycan–Türkiyə qardaşlığına uyğun olmadığını deyib, səfirliyin yaxınlığında yaşadığını və hadisə yerinə getdiyini qeyd edib.

Hamit İltaşın açıqlamasını Azərbaycan türkcəsində təqdim edirik:

"Mən deyirəm ki, bunu (səfirliyimizin önündə anti-Azərbaycan aksiyasını) ancaq erməni edər. Təəccüblənəcəksən, amma İlham bəy bu hadisədən güclənərək çıxacaq. Mən burada Elçibəyə bağlılıqlarına görə İlham bəydən xoşu gəlməyən çoxlu cəbhəçi tanıyıram. İndi sosial mediada İlham bəyin şəklini paylaşaraq "Qarabağın qalib komandanı İlham bəyə inanırıq, güvənirik" yazırlar.

Səfirlik mənə yaxındır. Elə evimizin pəncərəsindən görünür. Piyada gedib oraya çatdım. Orada çevik polis var idi. Rəisinə dedim: "Ayıbdır, bu nə hərəkətdir? Niyə bu mitinqi dağıtmırsınız?" Dedi ki, valilik icazə verib. Azərbaycanda heç kim Türkiyənin əleyhinə şüar səsləndirə bilməz. Bu, qardaşlıq hüququna sığmır.

Amma AKP seçici itirib. İndi yenidən radikal islamçılara oynamaq istəyir. Fərqində olaraq, yaxud olmadan Azərbaycanda yanğına benzin tökür. Amma narahat olmayın. Türkiyənin bütün türkləri İlham Əliyevin və Azərbaycan dövlətinin yanındadır. Dindən Allah üçün deyil, şəxsi mənfəəti üçün istifadə edənlərə imkan vermirlər. Düz edirlər".

Hamit İltaş, Atilla Kaya və 50-ə yaxın ülküçü Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda olmuş, Tovuzun sərhəd bölgəsində yerləşən Kirən kəndi ətrafında fəaliyyət göstərmiş türk ülküçülər sırasında xatırlanırlar. Onlar "Rüzgar" adı verdikləri düşərgədə önəmli fəaliyyətlər göstəriblər. İltaş Azərbaycanı sevən ülkücü hərəkatın əfsanəvi simalarından biri kimi tanınır. O, türk ordusunun mayoru kimi pensiyaya çıxaraq, Azərbaycana dəstəyə gəlmişdi. Hamit İltaş, Atilla Kaya, Naim Aydoğdu və ümumilikdə 44 ulküçü könüllü 1992-93-cü illərdə Ermənistana qarşı bir sıra uğurlu hərbi eyləmlərə imza atıblar.

Bu fotolar 1992-93-cü illərdə Azərbaycanda ilk hərbi hissələrin yaradılması zamanı çəkilib. Hamit İltaş milli ordunun qurulmasında türk zabiti kimi yaxından iştirak edib. 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az