logo
logo logo
logo

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

11:40 - 20 Oktyabr 2026

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.


Bu barədə Manset.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Oktyabr ayının 18-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 485 qram olan narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az