logo
logo logo
logo

Azərbaycanda bu dərmanlar da sığorta ilə veriləcək 

12:04 - 22 Oktyabr 2026

Azərbaycanda bu dərmanlar da sığorta ilə veriləcək 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin əhatə etdiyi tibbi xidmətlərin çeşidinin genişləndirilməsi tədbirlərini davam etdirir.


Manset.az xəbər verir ki, qurum arterial hipertenziyanın müalicəsində istifadə olunan dərman vasitələrinin də 2027-ci ildə resept əsasında icbari tibbi sığorta təminatına daxil edilməsini planlaşdırır.

Nazirlik tərəfindən koxlear implantasiya əməliyyatı keçirmiş şəxslər üçün nitq prosessorunun yenilənməsi, əvəzlənməsi və tənzimlənməsi üzrə üç yeni tibbi xidmət də Xidmətlər Zərfinə daxil edilib.

Qeyd edilən xidmətlərdən əməliyyatı icbari tibbi sığorta hesabına həyata keçirilməyən sığortaolunanların da yararlanması üçün imkanlar yaradılıb.

İcbari tibbi sığortanın tətbiqinə başlanarkən Zərfə 1829 tibbi xidmət daxil idisə, hazırda bu göstərici 3318-dir və icbari tibbi sığortanın təminat verdiyi xidmətlərin sırası ixtisaslaşdırılmış ambulator, laborator, invaziv radioloji və stasionar xidmətlərlə genişləndirilib.

Əhalinin artan tələbatı nəzərə alınaraq koxlear implantasiya və oynaqdaxili endoprotezləşdirmə əməliyyatları üzrə illik sığorta limiti ləğv edilib, sümük iliyi transplantasiyası üzrə illik limit isə 2,5 dəfə artırılaraq 20-dən 50-yə çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az