logo
logo logo
logo

Əli Əsədov İrakli Kobaxidze ilə təkbətək görüşdü

10:54 - 30 Oktyabr 2026

Əli Əsədov İrakli Kobaxidze ilə təkbətək görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində təkbətək görüş olub.


Manset.az Report-a istinadən xəbər verir ki, hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.

Qeyd edək ki, görüşdən sonra iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasının keçirilməsi nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az