Yeni nazir Anar Bayramovun fəaliyyətə başlamasından sonra Səhiyyə Nazirliyində istefalar davam edir.
Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Nigar Həmzəyeva Adil öz ərizəsi ilə işindən ayrılıb.
Xatırladaq ki, Nigar Həmzəyeva bu vəzifəyə 2022-ci ilin fevral ayında təyin olunmuşdu.