8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə “Zəfər Payı” xeyriyyə aksiyasını həyata keçirir.
Manset.az xəbər verir ki, 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbüs çərçivəsində qazilərə ərzaq məhsullarından ibarət qida qutuları təqdim olunacaq.
Aksiyanın
əsas məqsədi Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparmış qəhrəmanlarımıza
və onların ailələrinə dəstək olmaq, gündəlik ehtiyaclarının qarşılanmasına töhfə
verməkdir. Zəfər Günü ərəfəsində həyata keçirilən bu təşəbbüs həm də qazilərə
diqqət və ehtiramın, cəmiyyətin birlik və həmrəyliyinin ifadəsidir.
“Zəfər
Payı” aksiyasına qoşulmaq və təşəbbüsə dəstək olmaq istəyən hər kəs Birbank
mobil tətbiqinə daxil olaraq “Xeyriyyəçilik” bölməsi vasitəsilə və ya vizualda
yerləşdirilən QR kodu oxudaraq ianə edə bilər.
Qırmızı
Ürəklər Fondu hər kəsi bu təşəbbüsə qoşulmağa, qəhrəmanlarımıza və onların ailələrinə
dəstək olaraq həmrəyliyimizi paylaşmağa dəvət edir.
“Red
Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı
tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət
qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət
edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris,
maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə
çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti
ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı
tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az
saytına daxil ola bilərsiniz