Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən üç mağazadan oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Manset.az xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, tikinti materiallarının satıldığı mağazadan və digər ticarət obyektindən nağd pul vəsaiti, təmir-tikinti avadanlıqları və digər əşyalar oğurlanıb.
Xəzər rayonunda polisin keçirdiyi tədbirlərlə qeyd ediən əməlləri törədən Binə qəsəbəsi sakini olan iki nəfər müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.