Yeni xidmət korporativ müştərilərə IoT və M2M nömrələri üçün fiziki SIM karta alternativ eSIM texnologiyasını seçmək imkanı yaradır
“Azercell Biznes” korporativ müştərilərə təqdim etdiyi IoT (Əşyaların İnterneti) və M2M (Cihazlararası kommunikasiya) xidmətləri çərçivəsində eSIM texnologiyasını istifadəyə verib.
Manset.az xəbər verir ki, yenilik sayəsində müştərilər
IoT və M2M
nömrələri üçün ənənəvi fiziki SIM kartlarla yanaşı, eSIM texnologiyasını da seçə
bilərlər. Bu imkan həm mövcud, həm də yeni nömrələrin aktivləşdirilməsində tətbiq
oluna bilər.
Xidmət korporativ müştərilərə bir sıra üstünlüklər
təqdim edir. Fiziki SIM kartların sifarişi və çatdırılması prosesinə ehtiyacın
aradan qalxması, eSIM-in rahat aktivləşdirilməsi və müasir cihazlarla uyğunluğu
müştərilərə daha çevik və operativ həll təqdim edir.
eSIM fiziki SIM karta ehtiyac olmadan, daxili
eSIM modulu ilə təchiz olunmuş cihazların mobil şəbəkəyə qoşulmasını təmin
edir. IoT və M2M həlləri isə cihazlar arasında data mübadiləsinə, onların məsafədən
izlənməsinə və idarə olunmasına imkan verir.
eSIM IoT və eSIM M2M xidmətlərindən yararlanmaq
istəyən korporativ müştərilər ətraflı məlumat və dəstək üçün Azercell-in
Korporativ Dəstək və Müştəri Xidmətləri kanallarına müraciət edə, həmçinin
“Azercell Biznes” platforması vasitəsilə xidmət üzrə müvafiq əməliyyatları həyata
keçirə bilərlər.
Azercell korporativ müştərilərinin dəyişən
ehtiyaclarına uyğun innovativ həllər təqdim etməklə onların rəqəmsal
transformasiyasına dəstək göstərir və biznes üçün yeni texnoloji imkanlar
yaradır.