logo
logo logo
logo

Cəlilabadda 2 maşın toqquşdu - Xəsarət alanlar var 

14:29 - 24 Noyabr 2026

Cəlilabadda 2 maşın toqquşdu - Xəsarət alanlar var 

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Abdullu kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "VAZ-21099" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az