“Azərbaycan Prezidenti cənab İlham Əliyevin TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə keçirdiyi görüş Rusiya ictimaiyyətinin ölkəmizdə və Cənubi Qafqaz regionunda gedən proseslərə, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin əsas inkişaf istiqamətlərinə və dinamikasına olan böyük marağını bir daha nümayiş etdirdi. Rusiya KİV rəhbərlərinin dövlət başçımıza ünvanladıqları, sualları hər zaman olduğu kimi, dürüst və dolğun cavablandıran dövlət başçımız isə Azərbaycanın obyektiv və sülhsevər mövqeyini bir daha bütün dünyaya göstərdi”.
Manset.az xəbər verir ki, bunu Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Rusiyanın aparıcı KİV rəhbərlərinin verdikləri suallar, ilk növbədə, Rusiya-Azərbaycan münasibətlərinin yeni formata keçidi barədə olub. Bu isə fevral ayının 22-də Moskavada imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannaməyə olan maraqdan irəli gəlir: “Əlbəttə ki, bu görüşün ölkələrimiz arasında qarşılıqlı müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasından dərhal sonra baş tutması heç də təsadüfi deyildi. Dövlət başçımızın da qeyd etdiyi kimi, Rusiya ilə Azərbaycan arasında indiyədək 200-dən artıq sənəd imzalanıb. Lakin müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə xüsusi sənəddir. Bu sənədlə Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri rəsmən təsbit edilmiş oldu. Ölkələrimiz arasında bundan əvvəl mövcud olan müqavilədə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müddəalar öz əksini tapmışdısa da, o sənəd müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Münasibətlərin indiki formatı isə ən ali formatdır.” – deyə K.Qafarov qeyd edib.
Millət vəkili erməni əsilli jurnalistin qərəzli sualını cavablandırarkən Prezident İlham Əliyevin ölkəmizdə əsl tolerantlıq və multikulturalizm mühitinin formalaşdığını, Ermənistanın isə sırf monoetnik dövlət olmasını və bu ölkənin hələ də bütün beynəlxalq hüquq normalarını ciddi şəkildə pozan əməllərdən əl çəkmədiyini böyük məharətlə ortaya qoyduğunu vurğulayaraq deyib: “Azərbaycan Prezidenti “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin erməni əsilli baş redaktoru Marqarita Cimonyanın qərəzli və mahiyyət etibarlı ilə təxribat xarakterli sualını cavablandırarkən ölkəmizə qarşı hər zaman mənfi ictimai rəy formalaşdırmağa çalışan erməni təbliğatına növbəti sarsıdıcı zərbəni vurmuş oldu.Dövlətimizin başçısı Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağaların olmadığını bəyan etdi və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərlərindən konkret misallar gətirməklə belə bir iddianın tam əsassızlığını sübuta yetirdi. Prezident İlham Əliyev bir daha xatırlatdı ki, İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub. Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Dövlətimizin başçısı ermənilərin işğalda olmuş ərazilərdə törətdikləri vəhşilikləri, eləcə də minalanmış ərazilərin dürüst xəritələrin indiyədək Azərbaycana təqdim olunmamasını da diqqət mərkəzinə çəkib. Qeyd olunub ki, son 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatandan sonra ilk aylarda isə, Ermənistanın baş naziri onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı. Bu, əlbəttə ki, yalan idi. Cəmi bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, belə xəritələr mövcuddur, lakin onları Azərbaycana verməkdən imtina edirdilər. Bununla Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və daha çox insanları ölümə məhkum edirdi. İşğalda olmuş ərazilərdə mövcud dağıntıların miqyası barədə aydın təəssürat yaratmaq üçün dövlətimizin başçısı hətta belə bir müqayisə də apardı ki, Azərbaycan hazırda Livanın ərazisinə bərabər ərazini bərpa etməlidir. Məhz belə bir ərazidə ermənilər tərəfindən misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq törədilib. 30 il ərzində işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu isə bütün bunları görməməyi üstün tutub. Prezident İlham Əliyev sülh naminə danışıqlar aparılmasının labüd olduğunu bir daha vurğuladı və ölkəmizin buna hazır olduğunu göstərdi. Lakin Ermənistan hələ də Azərbaycanın sülh çağırlşlarına cavab vermir”, - deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.
“Prezident İlham Əliyev Moskvada Azərbaycan həqiqətlərini dünyaya çatdırdı” - Kamaləddin Qafarov
10:23 - 01 Mart 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
29 İyul 2026 - 22:16
Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - VİDEO
29 İyul 2026 - 23:36
“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
29 İyul 2026 - 23:24
Dəniz və hovuz mövsümündə qulaq infeksiyalarına DİQQƏT
29 İyul 2026 - 23:16
Dəri törəmələri hansı xəstəliklərin xəbərçisi ola bilər?
29 İyul 2026 - 23:58
Sabah bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
29 İyul 2026 - 22:45
Gec saatlarda qidalanma ilə bağlı tövsiyələr
29 İyul 2026 - 23:51
"Sabahkı matçda lazımi nəticəni qazanmağa köklənmişik" - Qurban Qurbanov
29 İyul 2026 - 22:33
Tahir Gözel “Qarabağ”la birgə Bolqarıstana getdi - FOTO
29 İyul 2026 - 22:03
Acqarına qəhvə içmək zərərlidirmi? - Dietoloq açıqladı
29 İyul 2026 - 23:01
Şəkidə "Yay məktəbi" təşkil olunacaq
29 İyul 2026 - 14:02
Bakıda marşrut avtobusu ağır qəzaya düşdü - YENİLƏNİB
30 İyul 2026 - 00:30
Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər - Yeni araşdırma
Xəbər xətti
- 30 İyul 2026
- 10:00 Veysəloğlunun sponsorluğu ilə “Zəfər” yay düşərgəsi başa çatdı - FOTOLAR
- 09:31 Anar Bayramov baş həkimi işdən çıxardı
- 09:08 "Qarabağ" bu gün həlledici oyununa çıxır
- 08:58 Paytaxtın bəzi küçələrində TIXAC var
- 08:30 İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
- 08:00 Qovunun faydaları açıqlandı - Kimlərə qadağandır?
- 01:30 Kukurelyanın yeni imici - FOTO
- 00:30 Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər - Yeni araşdırma
- 29 İyul 2026
- 23:58 Sabah bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
- 23:51 "Sabahkı matçda lazımi nəticəni qazanmağa köklənmişik" - Qurban Qurbanov
- 23:36 “Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
- 23:24 Dəniz və hovuz mövsümündə qulaq infeksiyalarına DİQQƏT
- 23:16 Dəri törəmələri hansı xəstəliklərin xəbərçisi ola bilər?
- 23:01 Şəkidə "Yay məktəbi" təşkil olunacaq
- 22:45 Gec saatlarda qidalanma ilə bağlı tövsiyələr
- 22:33 Tahir Gözel “Qarabağ”la birgə Bolqarıstana getdi - FOTO
- 22:16 Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - VİDEO
- 22:03 Acqarına qəhvə içmək zərərlidirmi? - Dietoloq açıqladı
- 21:51 "Space TV"də yeni verilişlər yayımlanacaq
- 21:44 Yayda qidalanma ilə bağlı vacib xəbərdarlıq
- 21:32 Balakəndə 45 yaşlı kişinin meyiti tapıldı
- 21:14 Ermənistanda 21 nəfər zəhərləndi
- 20:52 CENTCOM-dan Hörmüzdəki vəziyyətlə bağlı açıqlama
- 20:31 Azərbaycan Macarıstana yeni səfir təyin etdi
- 20:22 Qalib İsrafilov geri çağırıldı - SƏRƏNCAM
- 20:16 Yeniyetmə Kürdə boğulma təhlükəsi ilə üzləşdi - Vəziyyəti ağırdır
- 20:01 Prezident onların vəzifəsini dəyişdi - SƏRƏNCAM
- 19:48 “TuranBank” və ITFC arasında uğurlu maliyyələşmə əməkdaşlığı
- 19:34 Zaqatalada ağır qəza - Ailənin 4 üzvü yaralandı
- 19:16 Beynəlxalq axtarışda olan şəxs ölkəyə gətirildi
- 18:51 Ağdaşdakı musiqi məktəbinə Habil Əliyevin adı verildi
- 18:36 XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayıb - VİDEO
- 18:29 Hazırda 15 yolda tıxac var - SİYAHI
- 18:12 Magistratura imtahanının nəticələri açıqlandı
- 17:59 "İranın son hücumları cavabsız qalmayacaq"
- 17:53 Tanınmış şəxs "Süvari"dən şikayətçidir - VİDEO
- 17:36 100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi
- 17:29 Masallıda fermerlərlə müşavirə keçirildi - FOTOLAR
- 17:10 Zelenski Trampdan 300 “Patriot” raketi istədi
- 16:42 "ADY Mobile" istifadəçilərinin sayı 500 minə çatdı
- 16:15 Prezident qəbul keçirdi - FOTOLAR
- 16:10 Qəzalı su xətti yeniləndi
- 15:35 Yasamalda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
- 15:26 Haqqında Baş Prokurorluğa müraciət edilən Əli İsa yenə sədr olmaq istəyir - Yeni bəyanat
- 15:18 Tanınmış cərraha 9 il həbs verildi - “Opera Hotel”də tutulubmuş
- 14:52 Elnur Azadxanov vəzifəsindən azad olundu - TƏBİB rəhbərindən növbəti əmr
- 14:43 Bakıda bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
- 14:26 ABŞ-də uçuşlar ləğv olundu
- 14:18 Rayonlarda leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- 14:03 TƏBİB-in rəhbəri baş həkimi işdən çıxardı - FOTO
- 14:02 Bakıda marşrut avtobusu ağır qəzaya düşdü - YENİLƏNİB