logo
logo logo
logo

Ermənistanda 21 nəfər zəhərləndi

21:14 - 29 İyul 2026

Ermənistanda 21 nəfər zəhərləndi

Ermənistanın Lori vilayətindəki toy mərasimində kütləvi zəhərlənmə baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, tədbirin başlamasından bir neçə saat sonra qonaqlar zəhərlənmə əlamətlərindən şikayətləniblər.

Ümumilikdə 21 nəfər zərər çəkib, onlardan 15-i Noyemberyan şəhər xəstəxanasına, daha 6 nəfər isə Alaverdi tibb mərkəzinə yerləşdirilib.

Hadisədən sonra laborator müayinə üçün hazır yeməklərdən nümunələr götürülüb. Yoxlama zamanı həmçinin sanitar normaların ciddi şəkildə pozulduğu aşkar edilib.

Təftiş orqanının qərarı ilə müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb. Obyektin sahibinə aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün vaxt verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az