Ukraynadan təxliyə olunmuş vətəndaşlar Bakıya gətirildi

11:40 - 02 Mart 2022

Ukraynadan təxliyə olunmuş vətəndaşlar Bakıya gətirildi

Ukraynadakı vəziyyətlə əlaqədar təxliyə olunmuş daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib.

 

Manset.az xəbər verir ki, üçüncü çarter reysi bu gün saat 9:20 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Təxliyə olunanların əksəriyyəti qadın və uşaqlardır.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycana ümumilikdə 510 nəfər təxliyə olunub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az