Ağacları zədələyən şəxs cəzalandırıldı

15:32 - 26 Aprel 2022

Ağacları zədələyən şəxs cəzalandırıldı

Binəqədi rayonu, Mir Cəlal küçəsi 325 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

 

Xidmət rəsmisi Vaqif Cavadov Manset.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə qeyri-yaşayış obyektinin tikintisi zamanı 3 ağacın zədələndiyi müəyyən edilib. Faktla bağlı obyektin sahibi İlham Əzizov barəsində qanunamüvafiq tədbir görülüb.

Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə mülkiyyətçiyə təhvil verilib.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, sayıqlıq göstərərək Xidmətə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkürünü bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az