Səhiyyə nazirindən əhaliyə maska ilə bağlı - Çağırış

22:53 - 27 Aprel 2022

Səhiyyə nazirindən əhaliyə maska ilə bağlı - Çağırış

"Mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maska tələbi ləğv edilir. Digər qalan məhdudiyyətlərə gəlincə, bu məsələ cari vəziyyətdən asılıdır".

Manşet.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.

“Əhalini ayıq-sayıq olmağa çağırıram. Yəni kütləvi tədbirlər zamanı, insanların çox olduğu yerlərdə, qapalı məkanlarda ehtiyatlı davranmağı və maska taxmağı unutmamalarını tövsiyə edirik. Təbii ki, bu, mütləq deyil. Digər məhdudiyyətlərə gəlincə, bunu cari epidemioloji vəziyyət göstərəcək”, - deyə nazir əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az