QMİ sədrinin müavini fitrəni pul şəklində çıxarmağı tövsiyə etdi

11:04 - 02 May 2022

QMİ sədrinin müavini fitrəni pul şəklində çıxarmağı tövsiyə etdi

"Bu günə həm də fitr bayramı deyirlər. Bu bayramın da özəlliyi insanların fitrə çıxarmasıdır. Bu, ailədə hər bir fərdə görə 10-15 manat civarında hesablanıb. Mən xahiş edirəm, insanlarımız fitrəni pul şəklində çıxarsınlar. Çünki belə daha məqsədəuyğundur".

Manset.az
xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, belə olan halda həmin məbləğ ehtiyaclara uyğun sərf olunur: "Pul şəklində fitrə çıxarmanın özəlliyi odur ki, ehtiyacı olan kəslər həmin məbləği məhz ehtiyaca uyğun şəkildə xərcləyə bilirlər".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az