Azərbaycanda İcra Hakimiyyətində yeni TƏYİNAT

09:27 - 16 May 2022

Azərbaycanda İcra Hakimiyyətində yeni TƏYİNAT

Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon icra başçısı Məhərrəm Quliyev Şaiq Qənbərlini Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edib. O, bu vəzifədə Sərdar Sadıqovu  əvəz edib.

Qeyd edək ki, S.Sadıqov bu ilin yanvar ayında RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən azad edilmişdi. Yeni vəzifəyə təyinat alan Ş.Qənbərli Goranboy Rayon İcra hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini olub.

Hazırda Goranboy RİH-də Memarlıq və tikinti şöbəsi müdiri–baş memar, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı vəzifələri vakantdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az