İran parlamenti sədrinin birinci müavini Azərbaycana GƏLDİ

20:33 - 16 May 2022

İran parlamenti sədrinin birinci müavini Azərbaycana GƏLDİ

Mayın 16-da İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin birinci müavini Əli Nikzadın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

Manşet.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İranın parlament nümayəndə heyətini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər qarşılayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az