Azərbaycanda öldüyü deyilən jurnalist sağ imiş - FOTO

10:30 - 17 May 2022

Azərbaycanda öldüyü deyilən jurnalist sağ imiş - FOTO

Jurnalist İradə Cəlilin vəfatı ilə bağlı məlumat təkzib edilib.

 

Manset.az xəbər verir ki, jurnalistin yaxınları ilə əlaqə saxlayan “YeniÇağ.az”a verilən açıqlamada bildirilib ki, ölüm xəbəri yalandır.

“Hazırda Gürcüstanda yaşayır. Sağ-salamatdır”, - deyə qeyd edilib.

 

16 may, 23:06

Tanınmış jurnalist İradə Cəlil vəfat edib.

 

Manşet.az İnterpress-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, o, uzun sürən xərçəng xəstəliyindən vəfat edib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, İradə Cəlil 1982-ci il, avqustun 30-da Bakıda Zabrat qəsəbəsində doğulub. Uşaqlığı Zabratda keçən jurnalist Xavər Vəliyev adına 75 saylı orta məktəbi bitirib. "Mühasibat uçotu və auditin əsasları” fakültəsinin məzunu olub, Türkiyədə Atatürk Universitetinin İctimaiyyətlə əlaqələr fakültəsində təhsilini davam etdirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az