Hərbi pilotlarımız Türkiyədəki təlimlərdə - FOTO

15:47 - 25 May 2022

Hərbi pilotlarımız Türkiyədəki təlimlərdə - FOTO

Türkiyənin Konya şəhərində "Anadolu Qartalı-2022" (“Anatolian Phoenix-2022”) beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir.

 

Manset.az Report-a istinadla xəbər verir ki, manevrdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandasından ibarət 2 "Mi-17-1V" çoxtəyinatlı helikopterləri də nümayiş olunur.

Təlimlərin əsas məqsədi, xilasetmə və havadan yardım hərəkatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir.

Təlim mayın 27-dək davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az