Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT - FOTO

09:05 - 27 May 2022

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT - FOTO

Mingəçevirdə atası tərəfindən işgəncələrə məruz qalan 19 yaşlı psixoloji məhdudiyyətli qız həkim nəzarətinə götürülüb.

 

Manset.az "bizim.media.az"-a istinadən xəbər verir ki, atası tərəfindən günlərlə həyətdə bağlı saxlanılan 2003-cü il təvəllüdlü Bədəlova Nuranə Elman qızı hüquq-mühafizə orqanlarının prosesə müdaxiləsi nəticəsində həkim nəzarətinə götürülüb.

O Şəki Ruhi Əsəb Xəstəlikləri Dispanserinə yerləşdirilib.

Qeyd edək ki, ata 2003-cü il təvəllüdlü qızı - Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış. Ailəyə yaxın şəxslərin dediyinə görə, qız evdə nadinclik, nəzarətsiz hərəkətlər edirmış. Alınan operativ məlumat əsasında hüquq-mühafizə orqanları övladına ağlasığmaz işgəncə verən ata Elman Bədəlovu saxlayaraq istintaqa cəlb edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az