Şəmsi Səmədzadə də azadlıqda - FOTO/VİDEO

13:55 - 28 May 2022

Şəmsi Səmədzadə də azadlıqda - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, ömürlük azadlıqdan məhrum edilmiş iş adamı Şəmsi Səmədzadə 22 il sonra əfv edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, az öncə cəza çəkdiyi Qobustan qapalı həbsxanasından azadlığa buraxılıb. Ş.Səmədzadəyə müvafiq arayış təqdim olunduqdan sonra evinə yola salınıb. 

Qeyd edək ki, Şəmsi Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. Yerli mediada Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb.

Bir neçə il əvvəl o, "Rezonans" verilişindəki çıxışı ilə tanınıb.

Şəmsi Səmədzadənin azadlıqdan ilk video və fotosunu jurnalist Əvəz Zeyallı lentə alıb.

 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az