Bir neçə gün əvvəl Səlcuq Bayraktarın da iştirak etdiyi "Texnofest-Azərbaycan" festivalı keçirilib.
Manset.az xəbər verir ki, həmin tədbirdə azərbaycanlı 6-cı sinif şagirdi Musayev Mehdi Səlcuq Bayraktarla görüşüb.
Qeyd edək ki, Musayev Mehdi 21.08.2009 tarixində Bakı şəhərində anadan olub. Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin şagirdidir.
Hazırda 7-ci sinifdə oxuyur. Kiçik yaşlarından texnologiyaya olan marağı sayəsində müxtəlif müsabiqələrdə naliyyətlər əldə edib.
Daim şagirdlər arasında bacarıqları və uğurları ilə fərqlənib. Hazırda "Step İt academy"nin tələbəsidir.
6-cı sinifdə Respublika Riyaziyyat olimpiadasında 3-cü yeri tutub. "Nə? Harada? Nə zaman?" müsabiqəsində ilk 3-lüyə daxil olub.
Şahmat üzrə 3-cü dərəcədir.
Hazırda "Sabahın alimləri" müsabiqəsi üçün "Elektromaqnit generatoru" layihəsini hazırlamaqdadır və "Texnofest -Azərbaycan" müsabiqəsinə qatılan 141 komandadan final mərhələsinə keçən 25 komandadan biri olub.
Kapitani olduğu "TechnoCad" komandası "Smart Trashbin" layihəsini hazırlayıb.
Bu layihənin əsas 2 məqsədi var.Komanda həm gigiyenanı, həm də əlil insanları düşünüb. Biz əlimizi qapağa vurarkən əlimizə bakteriya keçməməsi və əlillərimiz ayaqla açılan zibil qutularını aça bilmədiyi üçün TechnoCad bu layihəni yaradıb.
İş prinsipi zibil qutusunun üzərində olan qapağın əlimizi 4 sm-dən az məsafədə yaxınlaşdırdıqda onun qapağının servomotor sayəsində 180 dərəcə dönməsidir.
Onlar gələcəkdə bu layihənin işğaldan azad olunan ərazilərdə də istifadə olunmasını istəyirlər.
Həm də bunu gələcəkdə tükənməyən enerji olan Günəş enerjisi ile günəş panelləri ilə etməyi düşünürlər.
Mehdi Musayev bu yay "Gələcəyin mühəndisləri" müsabiqəsində iştirak edərək qalib olmaq arzusundadır.
.jpeg)
.jpeg)
.jpeg)
