Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatdı

16:04 - 01 İyun 2022

Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatdı

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu artıq başa çatıb və kvotada nəzərdə tutulan 680 yerin hamısı üçün müraciət edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşəcəklər, iyulun 19-20-si isə geri dönəcəklər.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı Azərbaycana 680 nəfərlik kvota verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az