Lənkəranda polislər 17 yaşlı tələbəni döyüb? - AÇIQLAMA

17:48 - 01 İyun 2022

Lənkəranda polislər 17 yaşlı tələbəni döyüb? - AÇIQLAMA

Lənkəranda polislər 17 yaşlı kollec tələbəsini döyüb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tələbə mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb:

"Daha sonra 17 yaşlı gənc orada bir neçə polis nəfəri tərəfindən döyülüb".

Tələbə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin açıqlama verəcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az