Baş nazir BP-nin nümayəndə heyəti ilə görüşdü

18:50 - 01 İyun 2022

Baş nazir BP-nin nümayəndə heyəti ilə görüşdü

Baş nazir Əli Əsədov iyunun 1-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Manşet.az  Nazirlər Kabinetinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə aparılan danışıqlara toxunulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az