Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

19:07 - 01 İyun 2022

Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

Azərbaycanda işgüzar səfərdə olan Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Matsey Çura ilə ekologiya və təbii sərvətlər Naziri Muxtar Babayev arasında görüş olub.

Manşet.az  xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın ətraf mühit sahəsi üçün potensial investisiya imkanları, su resurslarının səmərəli idarə olunması ilə bağlı layihələr, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az