“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdam tələbatın daha çox olduğu istiqamətlərə - Dubay (BƏƏ) və İstanbul (Trükiyə) şəhərlərinə yerinə yetirdiyi reyslərə böyük tutumlu genişgövdəli hava gəmiləri ayıracaq.
Bu barədə Manşet.az-a AZAL-dan bildirilib.
Məlumata görə, iyunun 15-dən sentyabrın 15-nə qədər sözügedən aviareyslərdə böyük tutumlu hava gəmilərindən istifadə edəcək. Belə ki, aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportundan Dubaya "Boinq 767”, İstanbula isə "Boinq 787" ("Dreamliner") tipli genişgövdəli hava gəmiləri ilə uçuşlar yerinə yetirəcək.