Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bayram şənliyi keçirilib - FOTO

19:44 - 01 İyun 2022

Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bayram şənliyi keçirilib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Gəncə şəhərində valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi keçirilib.

Manşet.az xəbər verir ki, Gəncə Uşaq Evi və SOS Uşaq Kəndləri Gəncə filialının nəzarətində olan, eləcə də şəhid ailələrindən olan şənlikdə 150 nəfərdən çox uşaq iştirak edib.

Tədbirdə uşaqlar üçün bayram süfrəsi açılıb, animator və maskotlar musiqi sədaları altında balaca dostları əyləndirib, onlar üçün maraqlı oyunlar təşkil edib, əsl bayram əhval-ruhiyyəsi yaşadıblar.

Qeyd edilməlidir ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrdən olan uşaqlara qayğı və diqqəti ilə seçilən Leyla Əliyeva tərəfindən onlara ardıcıl olaraq müxtəlif şəkildə yardım və dəstək göstərilir.

Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bayram şənliyi keçirilib - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bayram şənliyi keçirilib - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bayram şənliyi keçirilib - FOTOLeyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün bayram şənliyi keçirilib - FOTO


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az