Bu marşrutların hərəkət sxemi dəyişdirilir

21:56 - 01 İyun 2022

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bakıda bir sıra marşrutların hərəkət sxemi dəyişdiriləcək.

Manşet.az xəbər verir ki, bu barədə Bakı Nıqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlər səbəbindən 6, 10, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən qeyd olunan müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi Azərbaycan pr. - Ə.Cavad küç. - B Sərdarov küçəsi ilə təşkil ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az