Bakıda mənzillərdən silsilə oğurluqlar edən Gürcüstan vətəndaşı saxlanılıb.
DİN Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, araşdırmalar nəticəsində şəxsin Gürcüstan vətəndaşı Paata Grineviç olduğu məlum olub. O, ifadəsi zamanı Bakıya məhz oğurluq məqsədi ilə gəldiyini bildirib.
Onun paytaxtın Nərimanov və Nizami rayonlarında yerləşən mənzillərdən silsilə oğurluqlar etdiyi müəyyən edilib. Şəxsin oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.
Paata Grineviç əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.