"Türkiyənin media məkanındakı vəziyyət narahatlıq doğurmaya bilməz. Aparıcı media qruplarından olan “Turkuvaz” media qrupunun gündəminə nəzərə yetirsək, aydın olur ki, bu qrup tərəfindən Azərbaycana qarşı müntəzəm surətdə şər-böhtan kampaniyası aparılır”.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Musa Quliyev bildirib.
Daha sonra o deyib: “Azərbaycan məqsədyönlü şəkildə ləkələnir və ölkəmizin rəhbərliyi təhqir olunur. Təəccüb doğuran isə odur ki, “Turkuvaz” qrupunun rəhbəri Berat Albayrak Prezident Ərdoğanın ailəsinin yaxın üzvüdür. Bu şəxs ciddi nöqsanlarına görə vaxtilə Türkiyə Prezidenti tərəfindən bütün vəzifələrindən azad edilmişdi. Lakin energetika naziri olduğu dövrdə belə Azərbaycana qarşı qruplaşmaların ön sırasında yer alırdı. Bu gün isə o hələ də türk ictimai rəyində malik olduğu güclü təsir imkanlarından həmin məqsədlər üçün istifadə edir.
Təəccüblü deyil ki, Türkiyədə bu gün də bir sıra media resursları tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın başında “Turkuvaz” qrupu dayanır"
Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. O, Ərdoğanın böyük qızı Esra Erdoğanın həyat yoldaşıdır.