Arxda boğulan 16 yaşlı yeniyetmənin meyiti tapıldı - FOTOLAR

09:11 - 30 İyun 2022

Arxda boğulan 16 yaşlı yeniyetmənin meyiti tapıldı - FOTOLAR

Göyçay rayonunun Bığır kəndində suda boğulan yeniyetmənin meyiti tapılıb.

 

Manset.az xəbər verir ki, kənd sakini 16 yaşlı Əlibala Qurbanov Qızılağac kəndi ərazisindəki su arxında dostları ilə birgə çimərkən ehtiyatsızlıqdan boğulub.

Dostları yeniyetməni xilas etməyə çalışsalar da, nail ola bilməyiblər.

Əraziyə gələn polis əməkdaşları yeniyetmənin cəsədini sudan çıxararaq ailəsinə təhvil veriblər.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az