TƏBİB-dən səyahət edənlərə XƏBƏRDARLIQ

19:34 - 11 İyul 2022

TƏBİB-dən səyahət edənlərə XƏBƏRDARLIQ

“Yay fəsli olduğu üçün səyahət edən insanların sayı artıb. Bu özü də bir növ risk faktorudur”.

Manşet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, insanlar uçuşlar zamanı uzun müddət qapalı məkanda olurlar, bu da yoluxma riskini artırır:

“Bu zaman maskalardan istifadə tövsiyə olunur. Sevindirici haldır ki, hazırda xəstəlik yüngül simptomlarla keçir, ağırlaşma və ölüm halları azalıb. Lakin risk qrupunda olan vətəndaşlarımızın özünü qoruması çox vacibdir. İnsanlara daha çox açıq havada zaman keçirməyi və buster doza vaksinləri vurdurmağı tövsiyə edirik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az