Bu tanınmış şəxslər MÜKAFATLANDIRILACAQ - DİQQƏT!

16:00 - 27 İyul 2022

Bu tanınmış şəxslər MÜKAFATLANDIRILACAQ - DİQQƏT!

Qəbələdə bir sıra ictimai şəxslərə mükafatlar təqdim edilcək.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Qəbələ TV-nin təşkilatı dəstəyini verdiyi mükafat "QAFQAZ AWARD'S"  adlanacaq. Mükafat İl ərzində qazanılan uğurlar, nailiyyətlər ilə iş sahəsində seçilən insanlara təqdim ediləcək. Mükafat təqdim ediləcək siyahıda bir sıra millət vəkilləri, elm mədəniyyət insanları, media mənsubları, təkilat rəhbərləri, tanınmış həkimlər, ölkənin ictimai-sosial sferasında təmsil olunan insanlar yer alacaq.

Gördüyü işlərə qiymət verilməsini istəyən, öz uğurlarına inanan, il ərzində müəyyən nəaliyyətlər əldə etmiş şəxslər 050-490-96-69 bu nömrə ilə əlaqə saxlayaraq öz uğurlarını təqdim edə və uyğun görülərsə mükafatlandırma mərasimində iştirak edə bilər.

Mükafatlandırma mərasimi 30 iyul 2022-ci ildə Qəbələdə Riverside oteldə təntənəli mərasimdə baş tutacaq. Tədbirdə bir sıra Xalq artistləri, tanınmış müğənnilər də ifalar səsləndirəcək.

Qeyd edək ki, tədbirin təşkilatçılarından biri Manşet.az Xəbər Portalıdır. Tədbirdə mükafat təqdim ediləcək şəxslər siyahısında Manşet.az Xəbər Portalının baş redaktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev də var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az