1 tondan çox çətənə kolu əkib-becərən şəxs saxlanıldı - VİDEO

10:50 - 02 Sentyabr 2022

1 tondan çox çətənə kolu əkib-becərən şəxs saxlanıldı - VİDEO

Xaçmazda 1 ton 254 kiloqram narkotik tərkibli çətənə bitkisi qanunsuz dövriyyədən çıxarılıb.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Kamal Qəribov saxlanılıb.

Həmin şəxsin meşə sahəsində ümumi çəkisi 1254 kiloqram olan 350 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edərək becərdiyi məlum olub. Bundan başqa həmin yerdən 5 kiloqrama yaxın narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Kamal Qəribovun barəsində həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az