"Bütün ölçülər üçün forma olmayacaq" - Bakı Tikiş Evi (VİDEO)

11:22 - 02 Sentyabr 2022

\"Bütün ölçülər üçün forma olmayacaq\" - Bakı Tikiş Evi (VİDEO)

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bu da Bakı Tikiş Evində (BTE) izdiham yaranmasına səbəb olub.

 

Manset.az baku tv-yə istinadən xəbər verir ki, həm ibtidai, həm də yuxarı sinif şagirdlərinin valideynləri yeni forma almağa tələsirlər. Lakin bütün şagirdlər forma ilə təmin oluna bilməyəcək. 

Yaşanan izdihamdan narazı olan vətəndaşlar deyirlər ki, formaları başqa mağazalarda da satışa çıxarmalıydılar. 

Məsələyə Bakı Tikiş Evindən belə aydınlıq gətirildi:

Hər kəs istəyir ki, uşağı mütləq məktəbli forması geyinsin. Bu isə mümkün deyil. Bütün ölçülər üçün forma olmayacaq. Bizim birinci vəzifəmiz birinci-dördüncü sinifləri geyindirməkdir. Gələn ilə qədər hər ölçüdə lazımı qədər forma hazırlamaq üçün xeyli vaxtımız olacaq. Ancaq hazırda hər sinif üçün forma hazırlamaq mümkün deyil. 

Xatırladaq ki, Elm və Təhsil naziri Emin Əmrullayev şagirdlər üçün məktəbli formalarının vacib olmadığını bildirib.

Daha ətraflı sujetdə:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az